Merkel hamını maraqlandıran suala cavab verdi: “Tədbirlərdə titrəməyim…”

Almaniya kansleri Angela Merkel rəsmi görüşlərdə əsməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, Merkel G20 sammitində jurnalistlərin suallarına cavab verərkən hazırda özünü yaxşı hiss etdiyini deyib.

O, həkimə müraciət elədiyini də gizlətməyib: “Ümid edirəm ki, bu hal necə başlamışdı, o cür də özü yox olacaq. Xüsusi bir şey deyə bilmərəm. Vəziyyətim yaxşıdır”.

Qeyd edək ki, Angela Merkelin Berlində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü zamanı ilk dəfə titrədiyi kameraya düşüb.

Tez-tez əllərini ovuşduran kanslerin bununla da bədəninin titrəməsinin qarşısını ala bilmədi nəzərə çarpıb.

İkinci dəfə bu hal yeni ədliyyə naziri Kristin Lambertin rəsmi şəkildə vəzifəyə başlaması ilə əlaqədar paytaxt Berlində keçirilən tədbirdə müşahidə olunub.

Almaniya prezidenti Frank Valter Ştaynmayerin yanında dayanan kansler Angela Merkel kameralara tir-tir əsən vəziyyətdə düşüb.

Share: