Prezident Vladimir Putin təcili olaraq daşqınla bağlı fövqəladə vəziyyət elan edilən İrkutsk vilayətinə gedib.

Prezident Vladimir Putin təcili olaraq daşqınla bağlı fövqəladə vəziyyət elan edilən İrkutsk vilayətinə gedib.
Putin G20 zirvəsinin keçirildiyi Osaka şəhərindən gecə yarısı ayrılıb və İrkutska gələrək müşavirə keçirib. Müşavirədə Rusiya Fövqəladə Hallar naziri Yevgeni Ziniçev, İrkutskun qubernatoru Sergey Levçenko, baş nazirin müavini Anton Siluanov və digər rəsmi şəxslər iştirak edib.
Putin rəsmi şəxsləri vilayətin hava limanının binasında toplayıb. Putin operativ olaraq daşqından zərər görən insanlara yardım edilməsi və onlar barədə məlumat verilməsi barədə tapşırıq verib. Onların içməli su, qida, dərman və ilkin yardımla təmin edilməsi məsələsini müşavirədə qaldırıb. Bundan əlavə, Putin bildirib ki, daşqın nəticəsində yaxınlarını itirmiş insanlara yardım edilməli və təxliyə edilənlərin siyahısı hazırlanmalıdır.
Qeyd edək ki, ötən gündən İrkutskda güclü yağışlar səbəbindən sel evləri aparıb. Rəsmi məlumata görə, ən azı 5 nəfər ölüb.
***
İndiyə qədər tibbi yardıma 517 nəfər müraciət edib ki, onlardan da 40-ı uşaqdır. 112 nəfər, o cümlədən 19 uşaq xəstəxanaya yerləşdirilib.

Share: