Əflatun Amaşov Prezidentə təşəkkürünü bildirdi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunduğum üçün Azərbaycan Respublikasının Prezindenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

Müstəqil.Az bildirir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri, Millət Vəkili Əflatun Amaşov özünün sosial şəbəkədəki divarında yazıb. MŞ-nın sədri təşəkkür statusunda daha sonra əlavə edib:

“Müasir dövr dövlətçiliyimizin 100 illik tarixinin olduğunu vurğulayan rəmz. Bu medalın əhəmiyyətini ifadə etmək çətindir, amma onunla təltif olunmaq qürurvericidir.

Belə bir qürurlu anı yaşamaq düşünürəm ki, həm də böyük xoşbəxtlikdir. Bəli, biz xoşbəxtik ki, dövlətimiz var. Cənab İlham Əliyevin Sərəncamı xoşbəxtliyi xalqımız üçün dəyərə çevirən tarixi sənəddir.

Üzərindən illər, əsrlər keçəcək, tarixdə bu sənəd qalacaq. Bir daha ölkə başçısına mənə tarixi yaşantının bir parçasında yer verdiyi üçün dərin təşəkkürümü bildirirəm.”

Müstəqil.Az

Share: