Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov ibadətlə məşğuldur. Sonuncu Ramazan ayında oruc tutan sabiq nazir, həmçinin mütəmadi olaraq Quranı mütaliə edir, namaz qılır.
Müstəqil.Az xəbər verir ki, bu barədə Qaynarinfo.az-a Z.Məmmədovun yaxınları məlumat erib.
Keçmiş nazirin mütaliə dairəsi, sadəcə, müsəlmanların müqəddəs kitabını oxumaqla tamamlanmır. Onun bədii əsərlərə marağı da böyükdür. Sabiq “nəqliyyat şefi” xüsusilə poeziya həvəskarıdır və ara-sıra özünün də şeirlər yazdığı deyilir.
Xatırladaq ki, hazırda 67 yaşı olan Z.Məmmədov 2002-2017-ci illərdə nəqliyyat naziri postunu tutub.
Müstəqil.Az