52 yaşında məzun oldu – 18 il əvvəl yarımçıq qoyduğu təhsilini başa çatdırdı – VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetindən ilk dəfə 52 yaşlı tələbə məzun olub. Söhbət Qəbələ rayonunun Soltannuxa kənd sakini İqrar Əhmədovdan gedir. O, 1968-ci ildə Qəbələ rayonunun Soltannuxa kəndində anadan olub.

Xezerxeber.az-ın məlumatına görə, iki ay gecə-gündüz hazırlaşıb, 21 imtahan verərək yenidən tələbə adını qazanıb və 52 yaşında məzun olub.

İqrar Əhmədov 1985-ci ildə orta məktəbi bitirir və 1996-cı ildə Texniki Universiteti başa vuraraq ali məktəb diplomuna sahib olur. Ancaq işlədiyi təşkilatda ona bildirilir ki, ali təhsilinin iqtisadiyyat üzrə olması vacibdir. Bu bəhanə ilə işindən uzaqlaşdırılan İqrar Əhmədov qarşısına məqsəd qoyur və İqtisad Universitetinə imtahan verərək qəbul olunur.

Yaşlı tələbə imtahanlar zamanı bir müəlliminin inadı ucbatından təhsilini yarımçıq saxlamalı olur və doğma kəndinə qayıdır. İllər keçsə də, İqrar Əhmədov bütün çətinliklərə baxmayaraq təhsili bitirmək arzusunda olub. Kiçik övladı imtahana hazırlaşanda İqrar Əhmədov da 18 il öncə yarımçıq qoyduğu təhsilini davam etdirmək qərarına gəlir. Ötən il İqtisad Universitetinin dekanı ilə görüşən İqrar Əhmədov yenidən ali məktəbə qəbul olunmaq şansı əldə edib.

Hazırda O, müxtəlif təşkilatlardan xeyli iş təklifi aldığını da deyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


 

Share: