Təyyarə reysinin gecikməsi əlbəyaxaya səbəb oldu – Video

Yunanıstanın “Saloniki” hava limanında təyyarə reysinin gecikməsi rusiyalı turistlər və aeroport əməkdaşı arasında əlbəyaxa davaya səbəb olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Vısota 102” agentliyi xəbər verib.

İlkin məlumata görə, iyulun 17-də “Elinair” aviakompaniyasının təyyarəsi naməlum səbəbdən Volqoqrada uça bilməyib. Bu səbədən Yunanıstanı 150 nəfər tərk edə bilmir. Onların hamısı həmin ölkəyə istirahətə gedən Volqoqrad vilayətinin sakinləridir.

Uçuşu gözləyən turistlər bir saata yaxın avialaynerdə vaxt keçirib, daha sonra onlardan yenidən hava limanının binasına qayıtmaqlarını xahiş ediblər. Sərnişinlərdən birinin sözlərinə görə, təyyarədə texniki nasazlıq aşkar olunub və buna görə də aviaşirkət reysi ertələyib.

Yaranan vəziyyətdən gileylənən sərnişinlər məsələdən baş çıxarmaq istədiyi vaxtda hava limanı əməkdaşının onlarla kobud davranması əlbəyaxaya səbəb olub. Həmin an aeroportun digər əməkdaşı rusiyalılardan mobil telefonlarını almağa cəhd edib. Bununla o, baş verənlərin lentə alınmasının qarşısını almaq istəyib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Share: