Azərbaycanda bunu etmək mümkün deyilmi?

Azərbaycanda bunu etmək mümkün deyilmi?

 

 

Amerika Birləşmiş Ştatları dünyanın ən qabaqcıl ölkələrindən biri sayılır. Burada iş yerləri, sosial təminat olmasına baxmayaraq hər şəhərdə “Good Will” (yaxşı niyyət) adlandırılan dükanlar şəbəkəsi fəaliyyət göstərir. Bu dükanlarda insanların təmənnasız təhviil verdiyi köhnə mebellər, nimdaş paltarlar (hərçənd ki, aralarında geyinilməmişi də çox olur), məişət avadanlıqları və s. əşyalar çox ucuz qiymətlərə satılır. Amerika kimi bir ölkədə bu sistem varsa, bizdə də dövlətin dəstəyi ilə bu işi həyata keçirmək olar. Yəni dövlət hər şəhər və rayonda belə dükan üçün təmənnasız yer ayırsa və vergi tələb etməsə normal fəaliyyət göstərə bilərlər. İşçilərin məvacibi satılan malların pulundan verilsin. Yerdə qalan vəsait isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə köçürülsün. Və ya kimsəsizlər və uşaq evlərinə yönəldilsin…

 

Elman Eldaroğlu,

ABŞ, Miçiqan

Share: