Ukraynalı naşir Qarabağı “qədim Ermənistanın bir hissəsi” adlandırdı… – VİDEO

Ukraynanın “Universitet kitabı” nəşriyyatının direktoru Rodion Koçubey ad-soyadlı bir məxluq erməni dostunun  söhbətlərindən ruhlanaraq iyun ayında Ermənistanla yanaşı, Azərbaycanın işğal altındakı torpaqlarını da gəzib.
Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yazdığına görə, Qərbi Azərbaycan torpaqlarının görməli yerlərini, o cümlədən Göyçə gölünü gəzdikdən sonra ukrayın naşir dostu ilə birlikdə dövlət sərhədimizi pozaraq Qarabağa yollanıb.
Q, səfər təəssüratlarında yazır:
“Qarabağ Ermənistan üçün böyük dəyərə malikdir. Axı Artsax – qədim Ermənistanın bir hissəsidir…”
Ukraynalı üzdəniraq naşir Kəlbəcərdəki Xudavəng məbədində, Xankəndi və Şuşada olub. Şuşa qalaısndakı restoranda acgözlüklə qarnına təpdiyi yeməklərin təsviri zamanı lavaşı da “erməni mətbəxinin atributu” kimi təqdim edib.
Qeyd edək ki, R.Koçubey 2013-2017-ci illərdə Ukraynanın ot üstündə xokkey federasıyasının prezidenti olub.
Sultan Laçın

Qarnımdakı yağları pəhriz və idmansız əritdim. Bax belə. Hər axşam yatmazdan...
Share: