“Hər bir iş adamı və sahibkar öz sferasında Dövlətimizin dəstəyini‚ cənab Prezidentin qayğısını görür

Dövlətimiz kənd təsərrüfatına və qeyri-neft sektoruna çox yüksək qayğı göstərir və bu sahənin inkişafı üçün Dövlətimiz hər bir iş adamına lazımı dəstəyi verir.
Bu günümüzdə cənab Prezidentin apardığı siyasət bundan ibarətdir və Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi gündən həyata keçirtdiyi daxili və xarici siyasət ölkəmizdə sahibkarlığın inkişafını və ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq‚ kənd təsərrüfatını‚ özəl sektoru‚ azad sahibkarlığı və bütünlükdə qeyri-neft sektorunu inkişaf etdirmək və xalqımızın maddi rifah halının yaxşılaşdırmaq‚ ölkəmizdə əmin-amanlığı təmin etmək olub. Cənab İlham Əliyevin mövcud siyasi xəttinin icrası olaraq Dövlətimiz bütün əməli addımları atır.
Hazırda təsərrüfatla məşğul olan hər bir kəndli‚ hər bir fermer və hər bir iş adamı öz sferasında Dövlətimizin dəstəyini‚ cənab Prezidentin qayğısını görür. Dövlətimizin başçısının apardığı siyasət kənd təsərrüfatını‚ qeyri-neft sektorunu inkişaf etdirmək və ölkəyə xarici sərmayəni və kapitalı cəlb etmək‚ bir çox önəmli sahələrdə ölkəyə xaricdən güclü yatırımların olmasına çalışmaqdan ibarətdir. Beləliklə Dövlət proqramı olaraq ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq və digər sahələrin‚ kənd təsərrüfatının və qeyri-neft sektorunun hesabına bunu təmin etmək‚ ölkə iqtisadiyyatını gücləndirmək və xalqımızın maddi yaşayışını yüksəltməkdir. Təbiiki bu sahədə çox mühüm addımlar atılır və atılmağa davam edilir. Cənab İlham Əliyevin həyata keçirtdiyi uğurlu strategiyaları nəticəsində ölkə iqtisadiyyatı sürətlə yüksələrək region ölkəri arasında ən qüdrətli ölkə statusuna nail olub.
Azərbaycanın sürətli inkişafı, əldə etdiyi uğurlar, prezident İlham Əliyevin xidmətlərinin parlaq göstəricisidir. Əgər bu gün beynəlxalq şirkətlər nəhəng iqtisadi holding və təşkilatlar Azərbaycana sərmayə qoymağa can atırsa və ölkə iqtisadiyyatı sürətli inkişaf mərhələsindədirsə‚ ümumi olaraq ölkəmizdə azad biznes və sahibkarlıq yüksək səviyyədə inkişaf etdirilirsə‚ bütün bunlar ölkə prezidentinin uğurlu siyasətinin bəhrəsidir ki‚ bu uğurlu siyasətdən isə xalqımız ən yüksək səviyyədə yararlanır.
Bu səbəbdən daim xalqın rifahını və əmin amanlığını düşünən cənab Prezident ölkə əhalisinin maddi durumunun yaxşılaşması üçün yüksək əməli işlər görüb və ölkəyə milyardlarla xarici kapitalın axınına nail olub ki‚ bu da ölkəmizdə işsizliyin aradan qaldırılmasına və insanların daha yaxşı yaşamasına xidmət edib.
Vüsal Məmmədov

 

Share: