Azərbaycanda Jestika sahəsində bir ilk- İlahiyyatçı Hacı Ramilin xütbəsi eşitmə əngəllilər üçün jest dilində

Azərbaycanda Jestika sahəsində bir ilk..
Tanınmış ilahiyyatçı Hacı Ramil Bədəlovun “Sevib sevilmək “xütbəsi əsasında Jest dilində hazırlanmış video çarx eşitmə və danışma məhdudiyyəti olan insanlara həsr olunub.
Xütbənin jest dilinə tərcüməsində məqsəd eşitmə və nitq məhdudiyyəti olan insanlara İslam dininin gözəlliklərini izah etmək və psixoloji dəstək göstərməkdir.
Azərbaycanda ilk dəfə edilmiş bu yeniliyin ərsəyə gəlməsində  ilahiyyatçı Haci Ramil Bədəlov və tələbəsi Əli Əzizoğlunun, montaj və çəkilişdə Baba Allahverdiyevin, tərcümələrdə jestka üzrə mütəxəssis-Surdotərcümeçi Aynurə Novruzovanın, pedaqoq Aida Səfərovanın və eşitmə və nitq əngəlli məşhur viner Mahmud Səfərovun əməyi vardır. 
Hər şey sizin öz əlinizdədi . Sadəcə Jest edin.

Video materialı aşağıda işarələdiyimiz Youtube səhifəsindən izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=OKn65ZMJBo4&fbclid=IwAR37fx1NTRM-eO13ZD2fN_cedmaVUzyuaJkrSTZ3O9AzlCdKrrTyge6J3UU

 

Müstəqil.Az

Aysel Səfərli

 

Share: