Avqustun 6-ı saat 21:00-da Azərbaycanın işğal altındakı Xankəndi şəhərində 7-ci ümumerməni oyunlarının planlaşdırılmış açılışı başlayıb.
Moderator.az xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, dünyanın müxtəlif ölkələrinin 145 şəhərindən 5 minə yaxın idmançının qatıldığı açılışda komandaların paradı 1,5 saat davam edəcək. Ən çox nümayəndə heyəti həmsədr ölkələrdən- Rusiya(368) və ABŞ-dan(308) gəlib. Yarışlarda 17 idman növü üzrə 105 medal dəsti oynanılacaq.
P.S. Azərbaycan özü bu oyunlarda səssiz, təmkinli, səbirli, dözümlü, tolerant(!) tamaşaçı rolunda çıxış edir…