Quşları güllələr yamsıladı, Güllələr quşlara vuruldu ki…-Allahşükür Ağa

Arzu

(Allahşükür Ağa)

Bir quş qanadı qədər sevinmək istəyirəm.
Hanı qanadlar, qırıldı ki…
Quşları güllələr yamsıladı,
Güllələr quşlara vuruldu ki…

Fikir kimi şütüyən bir arı qədər sevinmək istəyirəm,
Hanı, arılar şəkərlə aldadıldı ki…
Balıqlar dənizin xəyallarıdı,
Bir balıq qədər atılıb düşmək istəyirəm,
Hanı, bütün balıqlar tordadı ki…

Yarpaqlar çiçək olanda
Qırmızı bir alma kimi gülmək istəyirəm,
Hanı, bu il meyvələr olmadı ki…

Müstəqil.Az
Share: