Tehranda Sənətkarlar Evi üzərində Azərbaycanın hakim sülalələrindən olan Qacarların şahı Nəsirəddin şah Qacarın görüntüsü əks olunan unitaz nümayiş etdirilib.
İranda incəsənətin hansı vəziyyətə düşdüyünü göstərən sözdə sənət əsərinin görüntüsü sosial şəbəkələrdə yayılıb. Həmin əsər İran Sənətkarlar Evində də nümayiş etdirilib.
Sözügedən təhqiramiz görüntünün internetdə yayılması soydaşlarımızın kəskin etirazına səbəb olub. Bu bədnam hərəkət bütövlükdə Azərbaycana, Azərbaycan tarixinə qarşı təhqirdir.
Pəhləvi sülaləsi Böyük Britaniyanın yardımı ilə hakimiyyətə gəldikdən sonra özlərindən əvvəl hakim olmuş Qacar sülaləsinə qarşı böyük təxribatlar həyata keçirdi. Rejim İranın yalnız farsdillilərə aid olduğunu sübut etmək məqsədi ilə ölkə və bölgə millətlərinin tarixini köklü şəkildə təhrif edib, yeni tarix yazmağa başladı. Türklərə qarşı təxribat və təhriflər 1979-cü ildə hakimiyyətə gələn molla rejimi tərəfindən də davam etdirildi. İran Sənətkarlar Evinin yol verdiyi təhqiramiz hərəkət də türk tarixi və milli kimliyinə qarşı atılan qərəzli addımların tərkib hissəsidir.
Nəsrəddin Şah (1831-1896) — Qacar sülaləsindən olan dördüncü şahdır. Miladi tairxlə 1848-ci il sentyabrın 17-də taxta çıxıb və ömrünün son günlərinədək dövləti idarə edib.