Gürcüstanla sərhəddə erməni hərbçi bıçaqlandı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının hərbçisi bıçaqlanıb.

“Report” xəbər verir ki, bu haqda ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə Baqrataşen Nəzarət-Buraxılış Məntəqəsində baş verib. Həmin hərbçi “Mersedes-Benz” markalı avtomobili yoxlamaq məqsədi ilə saxlayıb. Bu zaman sürcü ilə hərbçi arasında mübahisə düşüb. Onların mübahisəsinə əlində bıçaq olan daha bir mülki şəxs qoşulub. O, hərbçini bıçaqlayaraq, yaralayıb.

Həmin şəxs barəsində Cinayət Məcəlləsinin hakimiyyət nümayndəsinə vəzifəsinin icrası zamanı müqavimət göstərmək maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından biri saxlanılıb. Qalanların axtarış üzrə əməliyyat tədbriri keçirilir.

Məlumata görə, baxış zamanı avtomobildə qaçaq mal aşkarlanmayıb.

Qeyd edək ki, “Baqrataşen” Nəzarət-Buraxılış Məntəqəsi Ermənistanın Tauş rayonu ərazsində və Ermənistan-Gürcüstan sərhədində yerləşir.

Müstəqil.Az 

Share: