Ucar və Yevlaxda iki nəfər suda boğuldu – VİDEO

Sərinləmək üçün nəvəsi ilə kanala girən kişi boğularaq ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Ucarda baş verib.

Rayon sakini 68 yaşlı Oktay Əliyev nəvəsi ilə birgə Ucarın Rəstəcə kənd ərazisində olan su kanalına çimməyə gedib. Azyaşlı uşaq su kanalının kənarında babasının çıxmadığını görüb və ətrafdakı insanları məlumatlandırıb.

Dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Axtarış zamanı Oktay Əliyevin meyiti batdığı yerdən 200 metr kənardan tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Kür çayında isə 40 yaşlı kişi boğulub. Bədbəxt hadisə çayın Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə çayın nəzarətsiz ərazisində bir nəfərin suya düşməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. 40 yaşlı Seymur Abdullayevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Müstəqil.Az

Share: