Bu günlərdə akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabı işıq üzü görmüşdür.Akademik Ramiz Mehdiyev bu kitabında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini, səbəblərini və indiki konyunkturunu anlamaq üçün onu, ilk növbədə, Rusiya imperiyasının və sovet hakimiyyətinin Cənubi Qafqazda köçürmə siyasəti kontekstində araşdırılmasını vacib sayır. Əsərdə I Pyotrun Qafqaza yürüşü və Xəzəryanı sahillərin Rusiyaya birləşdirilməsi, XIX əsrdə rus-İran müharibələri, Türkmənçay müqaviləsi və ermənilərin əzəli Azərbaycan torpaqlarına – keçmiş Qarabağ, Naxçıvan və İrəvan xanlıqları ərazisinə köçürülməsinin birinci dalğası, habelə Rusiya ilə Osmanlı İmperiyası arasında Adrianopol sülh müqaviləsindən sonra ermənilərin köçürülməsinin ikinci dalğası məntiqi ardıcıllıqla diqqətə çatdırılır.
Hörmətli Ramiz müəllim bu faktları ümumiləşdirərək yazır: “Monofizit erməni kilsəsinin milli dövlət yaratmaq səyləri Rusiya imperiyasının müstəmləkəçilik maraqları ilə üst-üstə düşürdü: Rusiya ermənilərin İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülməsinə və gələcəkdə orada Türkiyə və İranla həmsərhəd olan ayrıca erməni vilayəti yaradılmasına kömək edir və öz növbəsində, ermənilərin üzərinə bu regionda çar Rusiyasının sədaqətli müttəfiqləri, yəni Rusiyanın forpostu olmaq vəzifəsi qoyurdu”.
Çar Rusiyasının ermənipərəst siyasətinin sovet Rusiyası tərəfindən də davam etdirildiyini çox ciddi mənbələrə istinad edərək, mühakimə yürütməyi oxucunun öz ixtiyarına buraxır. Müəllif, həmçinin sovet dövlətinin Türkiyə ilə bağlı təşvişindən qaynaqlanan fəaliyyətini, Moskvadakı ermənipərəst dairələrin məqsədyönlü fəaliyyətini diqqətə çatdırır: “Gizli deyil ki, erməni şovinizminin ideoloqları ənənəvi olaraq Türkiyəyə və Azərbaycana açıq iddialar irəli sürür, Şərqi Anadolunun, Naxçıvanın, Qarabağın və Zəngəzurun vaxtilə “dənizdən-dənizə uzanan böyük Ermənistan”ın vilayətləri olduğunu deyirdilər. Sovet hakimiyyəti dövründə ermənilər Zəngəzur ərazisini özlərinə birləşdirmək və Qarabağ erməniləri üçün muxtariyyətə nail olmaq, bununla da gələcəkdə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının təməlini qoymaq imkanı əldə etdilər”.
Akademikin yuxarıdakı fikirlərinin işığında bir-neçə məqamlara xüsusi toxunmaq istəyirəm. Həqiqətəndə Sovet hakimiyyəti dövründə də bolşevizm ideoloji pərdəsi altında olsada ermənizm tam gücü ilə fəaliyyət göstərmişdir.Onlar özlərindən alət kimi istifadə edilə bilinəcəkləri barədə də kommunistləriinandıra bilmişdilər. 1945-ci ilin aprel ayında erməni katolikosu Gevorq VI Çörəkciyan Kremldə Stalinlə görüşür. Bu görüş nəticəsi olaraq erməni kilsəsinin fəaliyyətinin rəsmi bərpasına razılıq verilir. Erməni katolikosu Gevorq VI Çörəkciyan da öz növbəsində Stalinə müraciət edərək Şərqi Anadolunu “tarixi erməni torpağı” adlandırarağ bu ərazilərin onlara verilməsini xahiş edir. 21 noyabr 1945-ci ildə bu məsələ ilə əlaqədar Sovet hökumətinin fərmanı çıxır. Bu fərmana əsasən dünya ermənilərinin kütləvi şəkildə Sovet Ermənistanına qayıdışına icazə verilirdi. Bu fərmana əsasən erməni katolikosu VI Çörəkciyan erməni diasporu ilə əlaqələndirici rolunda çıxış edirdi. Gələcəkdə türklərdən təmizlənəcək Şərqi Anadolu ərazisi üçün dünya ermənilərini Sovet Ermənistanına yığmağa başladılar. Artıq, Qars, Ərdəhan, Şərqi Anadolunun digər ərazi vahidləri üzrə partiya komitələri yaradılaraq erməni millətindən olan katiblər təyin edilmişdi. 21 noyabr 1945-ci il fərmandan sonra 1945-ci il noyabrın 27-də katolikos Gevorq VI Çörəkciyan ABŞ, Böyük Britaniya və SSRİ rəhbərlərinə yazılı müraciət edərək “tarixi erməni torpaqlarının” erməni xalqına tez bir zamanda qaytarılmasını xahiş edirdi. Məhz o günlərdə Moskvadan o dövrdə ki, Azərbaycan rəhbərinin adına olduqca gözlənilməz bir məktub gəlir.
ARSPIHDA (Partiyalar və Ictimai Hərakatlar Dövlət Arxivi) – F № 1, q. № 169, iş .№249
Moskvadan 28. XI 1945-ci il
Azərbaycan K(b)P) MK-nın Katibi yoldaş M.C.Bağırova
Ermənistan K(b)P MK-nın katibi yoldaş Arutyunov ÜK(b)P MK-da baxılması üçün hazırda Azərbaycan SSR-in tərkibinə daxil olan Dağlıq-Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə verilməsi ilə bağlı təklif irəli sürüb.
Bununla bağlı yoldaş Arutyunov öz məktubunda aşağıdakıları yazır:
“Ermənistan ərazisinin yaxınlığında yerləşən Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildə Azərbaycan SSR-nin tərkibinə daxil edilmişdir. Bu vilayətin əhalisinin böyük əksəriyyəti ermənilərdir. 153 minlik əhalinin 137 mini Ermənistanın oxşar dağlıq hissəsinin sakinləridir. Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi onun inkişafına təkan verər və həm də təsərrüfata rəhbərliyi xeyli yaxşılaşdırar. Vilayətə Ermənistanın müvafiq orqanları tərəfindən rəhbərlik edilməsi ilə əhaliyə mədəni-kütləvi və siyasi xidmətin doğma dillərində göstərilməsi daha da gücləndirilə bilər.
Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə daxil edilməsi yerli sakinlərə təhsillərini Ermənistanın ali təhsil müəssisələrində doğma dildə dаvam etdirmək imkanı qazandırardı. Digər tərəfdən, Ermənistan SSR Dağlıq Qarabağ Muxtar Vilayətindən yeni kadrlar əldə edə bilər.
Bütün bunları və Dağlıq Qarabağ əhalisinin istəyini nəzərə alaraq Ermənistan Mərkəzi Komitəsi və Xalq Komissarları Soveti ÜK(b)P və İttifaq hökuməti qarşısında Azərbaycan SSR-nin tərkibindəki Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti statusunda Ermənistan SSR-nin tərkibinə daxil edilməsi ilə bağlı məsələ qaldırır.
Bu məsələ özünün müsbət həllini taparsa, Ermənistan K(b)P MK və XKS mərkəzi hökumətə Qarabağın keçmiş mərkəzi, burada sovet hakimiyyətinin qurulması ərəfəsində dağıdılmış Şuşa şəhərinin yenidən bərpa edilməsi təklifi ilə müraciət edəcək”.
Ermənistan K(b)P MK-nın təklifi ilə bağlı öz fikrinizi bildirin.
ÜK(b)P MK-nın katibi MALENKOV.
Sonradan SSRİ Ali Sovetinin Rəyasət Heyyətinin erməni reportriantları ilə bağlı 19 oktyabr 1946-cı il fərmanı ermənilərin Suriyadan, Yunanıstandan, Livandan, İraqdan, Bolqarıstan və Ruminiyadan Sovet Ermənistanına köç etməsinə və orada məskunlaşmasına icazə verirdi. 1946-1949-cu illər ərzində 96 min erməni Sovet Ermənistanında məskunlaşaraq SSRİ vətəndaşlığını aldı. Bu ideyanın siyasi təşəbbüskarı SSRİ-nin ticarət naziri, daha sonra SSRİ Ali Sovetinin sədri olmuş Anastas Mikoyan, maliyyələşdirən isə dünyanın ən zəngin adamlarından sayılan, Osmanlı əsilli Qalust Gülbenkyan idi. Bu həmin Qalust Gülbenkyandır ki, Anastas Mikoyan ticarət naziri olduğu dövrdə dünyanın ən zəngin fondlarına malik Ermitajdan bir çox qiymətli tabloları, xüsusən də Rembrantın sənət əsərlərini dəyər- dəyməzinə almışdı. Gülbenkyan neft maqnatı kimi ilk maliyyəsini Osmanlı sultanının vəzirinin 28 iyun 1914-cü il tarixli sərəncamına uyğun olaraq, Sultanın İraq ərazisindəki neft yataqlarını satın almış və orada Türk Petrol Şirkətini təsis etmişdi. Gülbenkyanın babası Osmanlının maliyyə naziri olmuş və zəngin sərvətini nəvələri arasında bölüşdürmüşdü. Tarixin istehzasına bax ki, Osmanlıdan oğurlanmış bu sərvət elə Osmanlının çöküşü üçün də istifadə ediləcəkdi. Çünki, sonradan Osmanlı ərazisini işğal etmiş ingilislər Qalust Gülpenkyanla razılığa gələrək, Türkişh Petrolium şirkətinin yerinə Britiş Petrolium şirkəti yaradaraq ona 5 faiz pay ilə təsisçi hüququ verirlər(sonralar Qalust Gülpenkyan öz payını Britiş Petroliuma satır-A.M.). Əlbəttə, ingilislər Gülbenkyanın ermənilərin Osmanlıya qarşı fəaliyyətinə maliyyə dəstəyi göstərdiyinə görə, onu bu formada mükafatlandırırlar. Eyni ssenarı İkinci Dünya Müharibəsindən sonra təkrarlanırdı. Bu dəfə Gülbenkyan Moskva ilə əməkdaşlıq edirdi. Məhz dünya ermənilərinin Sovet Ermənistanına yerləşdirilməsi gələcəkdə onların Şərqi Anadoluya köçürülməsi baxımından, o vaxtki sovet rəhbərliyinə Türkiyəyə təzyiq etmək üçün lazım idi. Dünya erməniləri Türkiyəyə qarşı verilmiş Molotov notasından faktiki olaraq kilsənin və onun siyasi-iqtisadi qanadı olan Mikoyan-Gülbenkyan vasitəsilə maksimum yararlanmağa çalışırdılar.
1945-ci ilin dekabrın 24-də İ.Stalin Böyük Britaniyanın xarici işlər naziri E.Bevinlə görüşür. Bu görüşdə Stalin Türkiyəyə qarşı iddialarını səs¬ləndirir. Türkiyəyə iddialar iki istiqamətdə idi. Birinci istiqamət – Stalin Türkiyənin Bosfor və Dardanel boğazlarına sahibliyinə eti¬raz edir. İkinci istiqamət – guya Türkiyənin şərq vilayətləri tari¬xən Ermənistan və Gürcüstana bağlı olduğu üçün o həmin əraziləri geri istəyir.
Stalinin bu tələbləri ilə eyni zamanda Ermənilər “Türkiyə Ermə¬nistanı” adlı xəritə buraxırlar. Moskva “tədqiqatçıları” bu qəra¬ra gəlmişdilər ki, Qars və Ərdahan vilayətləri Erməni torpaq¬la¬rı, Trabzon və Qara dəniz sahilləri isə Gürcüstan torpaqlarıdır. Gür¬cüstan SSR xarici işlər naziri Q.İ.Kiknadze L.P.Beriyaya “Tür¬ki¬yə ərazisində Gürcüstan torpaqları haqqında” məktub-məruzə ilə mü¬raciət edir. Bu məruzədə göstərilirdi ki, Türkiyə ərazisindən 17.760 kv. km Gürcüstan SSR-ə, 13.190 kv. km isə Ermənistan SSR-ə məxsusdur.
1945-ci ilin sonlarında Sovet Ordusu Bolqarıstan – Türkiyə, Gür¬cüstan – Türkiyə, Ermənistan – Türkiyə sərhədlərində cəm¬ləşir.
Stalin Moskvada müt¬tə¬fiq¬lərlə (ABŞ-Böyük Britaniya) görüşdən öz qoşunlarını İrandan çı¬xart-mağa başladı.
Beləliklə,Böyük Azərbaycan döv¬lətinin yaranmasına imkan verilmədi(bu hadisələrlə bağlı müəllifi olduğum«Досье расстрелянного руководителя Азербайджана – М.Д.Багиров» kitabımda geniş bəhs etmişəm-A.M.). Elə bu dövrdə Ermənistanın Türkiyə ilə sərhəddində məskunlaşan azərbaycanlıların öz doğma yurdlarından de¬portasiyasına start verilir. Bu köçürülmələrin əsas səbəblərindən biri də dünyadan axışıb gələn erməni reportiantlarını işğal ediləcək Şərqi Anadolu ərazilərdə yerləşdirilməsi nəzərdə tutulurdu.Təsadüfi deyil ki, Ramiz müəllim məhz bu tarixi gerçəklikləri nəzərə alaraq 1988-1993-cü illərdə azərbaycanlıların Ermənistandan, Dağlıq Qarabağdan və Azərbaycanın işğal edilmiş yeddi rayonundan qovulması, etnik azərbaycanlılara qarşı həyata keçirilən deportasiya, zor gücünə qovma və soyqırımı siyasətinin məntiqi nəticəsi və növbəti mərhələsi kimi baxmağı daha düzgün sayır.
KitabdaRamiz müəllim həmçinin ötən əsrin 80-ci illərində baş vermiş hadisələrə toxunaraq yazır ki, SSRİ-nin ali rəhbərlərindən biri olan Heydər Əliyevin hakimiyyətdən kənarlaşdırılması nəticəsində Ermənistanın ultramillətçi dairələri, onların Kremldəki və xarici ölkələrdəki havadarları tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılması və onun Ermənistana birləşdirilməsi üçün əlverişli siyasi zəmin yaradıldı. Mixail Qorbaçov başda olmaqla SSRİ-nin ovaxtkı rəhbərliyinin millətçilərin separatçılıq səylərinə himayədarlıq yolunu seçməsi vəziyyəti daha da kəskinləşdirdi və 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş təxribata məhz bu kontekstdə yanaşmaq lazımdır.
Ramiz müəllim Dağlıq Qarabağda faciəli hadisələrin başlanğıcında Azərbaycanın ovaxtkı kommunist rəhbərlərinin və Xalq Cəbhəsi liderlərinin mövqesizliyinin, məsuliyyətsizliyinin və qeyri-peşəkarlığının da Azərbaycan ərazilərinin işğalına şərait yaratdığını təəssüflə qeyd edir.
Akademik Ramiz Mehdiyev yazır: “Bu münaqişə ədalətli şəkildə nizamlanmayana qədər Ermənistanın sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verməyəcək.Bütün bu illər ərzində erməni cəmiyyəti döyüş meydanında qazanılan “qələbə”ni tezliklə diplomatik sahədə möhkəmləndirmək ümidi ilə yaşayıb, lakin Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndlərini viran qoymaqla, Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O, bu qədər fürsəti əldən verərək, sülhü uduzub. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, onların sosial-iqtisadi inkişafında fərqi qiymətləndirmək kifayətdir və bu fərq ildən-ilə daha da artacaq”.
Ona görə də hansısa yolla bizim bölgədəki vəziyyəti dəyişmək istəyirlər. Son vaxtlar bu tendensiya daha çox ayrı-ayrı dövlətlərin simasında özünü sıx-sıx göstərməkdədir. Müəyyən dairələr bölgədəki geosiyasi vəziyyəti öz xeyirlərinə dəyişməyi çox arzu edirlər. Əlbəttə, Azərbaycan rəhbərliyi bunu başa düşür və dünyada bundan sonrakı dəyişiklikləri nəzərə almaqla regionda yeni geosiyasi strategiyalar işləyib hazırlamaq üçün müəyyən addımlar atılır.Bu məqamda Azərbaycan dövlətçiliyi baxımından Fəxrəddin Abbaszadənin həbsi olduqca vacib idi. Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs qətimkan tədbiri seçilib. “Abbasov Fəxrəddin Fərman oğlu Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası hüquq mühafizə orqanları tərəfindən saxlanılmış və istintaqa cəlb edilmişdir. Hazırda Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Ermənistan Respublikasına səfərləri, özünün də bildirməsinə görə Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistan Respublikasında keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar etmişdir.
Fəxrəddin Abbaszadənin Azərbaycan dövlətçiliyinə qarşı olan fəaliyyəti uzun illər idi ki, bilinirdi və bunu təsdiq edən onun çoxsaylı çıxışları və yazıları mövcud idi. Bu istiqamətdə Azərbaycan xüsusi xidmət orqanlarının təhqiqatları onun axtarışa verilməsi barədə əsas yaratmışdı. Onun haqqında həbs qəti imkan tədbiri seçilməsi Azərbaycanda xalqların birgə yaşayışı ideoloji konsepsiyasının əsasını təşkil edən azərbaycançılıq, dövlətçilik baxımından vacib idi. Onun fəaliyyətinin əsas qayəsi milli təfriqəçilik salmaq və bu istiqamətdə erməni xüsusi xidmət orqanlarının sifarişlərini həyata keçirtməkdən ibarət olmuşdur. Bu baxımdan bu separatçının əsas düşmənlərindən də biri mənim geopolitik konstruksiya prinsiplərinə söykənən Slavyan-Türk-Ari coğrafiyasının imprativləri anlamı olmuşdur. Hələ mən 2013-cü ildə Moskva Dövlət Universitetində bu mövzu ilə əlaqəli kitabımın təqdimatını keçirdikdən sonra bu separatçı erməni havadarlarının sifarişi ilə mənim fəaliyyətimə və bu tədbirdə iştirak edən Rusiya siyasi elitasının nümayəndələrinə qarşı açıq hücuma keçdi .Onun 15 yanvar 2014-cü ildə qələmə aldığı “Rusiya Siyasi Araşdırmalar İnstitutu Azərbaycanın lobbisti rolunda çıxış edir” adlı yazısında (РОССИЙСКИЙ ИНСТИТУТ СТРАТЕГИЧЕСКИХ ИССЛЕДОВАНИЙ В РОЛИ ЛОББИСТА АЗЕРБАЙДЖАНА?/ ФАХРАДДИНАБОСЗОДАhttp://pda.iarex.ru/articles/44515/?fbclid=IwAR1YNsVG_ET3UukipXroKrALXt_kDamUYvovJyDcyhObm0FxvyTudOxQuVc) o, anti-Azərbaycan mövqeyindən çıxış edərək, mənə və tədbir iştirakçılarına qarşı olar-olmaz hədyanalar və iftiralar atmağa çalışmışdı. Təəssüf ki, tədbirində iştirak edən bir neçə Rusiya analitik çevrələrin nümayəndələri məhz bu yazıdan sonra işlərindən azad oldular. Fəxrəddin Abbaszadənin əsas istəyi o idi ki, ümumiyyətlə mənim yuxarıda qeyd etdiyim konsepsiyalarımla bağlı Rusiyada heç bir tədbir keçirilməsin və sözün düzü bir müddət də buna nail ola bildi. Amma sonradan başa düşüldü ki, bu tipli tədbirlər xalqlararası dostluğun möhkəmlənməsinə qulluq etdiyinə görə bu Rusiya üçün də olduqca vacib bir məsələyə çevrildi. Son zamanlar Azərbaycanda bir çox siyasi təhlilçilərin Rusiya siyasi rəhbərliyini qınayıcı çıxışlarını və bir çox hallarda yersiz bəyanatlarını ermənilərin maliyyələşdirdiyi Moskva saytları çox həvəslə tərcümə edərək nəşr edirlər və sonradan da Rusiyadakı KİV-də bu cür yazıları da tirajlayırlar.
Bu işdə, xüsusən, birbaşa ermənilər tərəfindən maliyyələşən ”Reqnium” agentliyi daha çox seçilir. Burada da məqsəd Rusiya ictimaiyyətini çaşdıraraq onları anti-Azərbaycan istiqamətində kökləndirməkdir. Nəticə olaraq belə bir təsəvvür yaratmaq istəyirlər ki, Azərbaycan siyasi elitasının düşünən insanları və onun cəmiyyəti sanki anti-Rusiya əhval-ruhiyyəsi ilə yaşayır və Moskvaya qarşı nifrət meyarları ilə alışıb yanırlar. Əlbəttə ki, Rusiyanın siyasi çevrələrində sağlam düşüncəli insanlar heç də vəziyyətin belə olduğunu düşünmürlər. Ancaq təəssüf ki, onlarında bir çoxları sonradan bu ermənilərə işləyən informasiya resurslarının anti – Azərbaycan təbliğatının girovuna çevrilirlər.
Bu baxımdan akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mənbələri və nizamlanma perspektivləri” barədə bu kitabı mötəbər mənbələrə söykənən strateji əhəmiyyətə malik olan bir tədqiqat əsəridir və politoloji mübarizəmizdə istifadə ediləcək əvəzsiz materialdır.
Bunları həm də ona görə deyirəm ki, bir çox politoloqlarımız əgər onlara politoloq demək olarsa, Rusiya əleyhinə olan ritolikalarında biraz diqqətli olsunlar. Unutmasınlar ki, onların Rusiya əleyhinə söylədikləri hər fikirləri erməni maliyyəsi ilə qidalanan Moskva saytları tərəfindən tərcümə olunaraq ani olaraq tirajlanacaqdır. Hətta bəzi “politoloqlarımızla” danışan zaman bu insanların nə qədər dar düşüncə sahibi olduqları baxımından təəcübümü gizlədə bilməmişəm, çünki yuxarıda qeyd etdiyim bu dırnaqarası politoloqlarımız Rusiyanın yuxarıda qeyd etdiyim tipli saytlarında çap olunduqlarını mənə öyünərək demişdilər. Deyəndə ki, sizin hansı fikirlərinizi Rusiya saytı çap edib? Cavab olaraq:”Mən onları yaxşıca ifşa etmişəm, onlar da məni çap ediblər”. Sual verəndə ki, sizə təccüblü gəlmirmi ki, qeyd etdiyiniz bu ifşanı və ya aşağlayıcı ifadələrinizi tirajlamaqda onların nə maraqları ola bilər ki, sualına qarşı tərəf obrazlı desək gözlərin döyərək üzümə baxırlar. Bilməliyik ki, Rusiya KİV-dən Qarabağ həqiqətlərimizi olduğu kimi çatdıra biləcək mətbu orqanlar demək olar ki, yox dərəcəsindədi. Yəni bu işi görmək müqabilində rusların olmazın şərtləri ilə üzləşirsən, açığını deyim ki, bu stereotipin formalaşmasında bizim dırnaqarası siyasi təhlilçilərimizin məsuliyyətsiz çıxışlarının da rolu az deyildir. Bu o demək deyildir ki, biz obyektiv formada tənqid etməli deyilik. Əlbəttə ki, etməliyik, amma bunu elə şəkildə etməliyik ki, sonradan bu fikirlər bizə qarşı çevrilməsin və informasiya mübarizəsində məğlub vəziyyətə düşməyək. Bəlkə də bir çoxlarının mənim bu fikirlərim xoşları gəlməyə bilər. Amma bizim dövlətçilik maraqlarımız kiminsə mənə qarşı ola biləcək münasibətindən üstündür. Heç kim də düşünməsin ki, nə Rusiya bu coğrafiyadan gedəndi, nə də ki, biz. Tarixi gerçəklik bizi bu coğrafiyada birgə yaşamağa məhkum etmişdir. Ona görə də düşmənlərimizin dəyirmanlarına su tökməyərək milli davamızı aparmalıyıq. Bu məqamda Ümumilli liderimiz Heydər Əliyevin Rusiya istiqamətindəki siyasəti və fikirləri bizim üçün əsas olmalıdır. Ona görə də Rusiya istiqamətindəki söylənilən hər bir söz, bizim əleyhimizə işləyə biləcək ab-hava yaratmamalıdır. Unutmayaq ki, Rusiya əleyhinə söylənən hər fikri erməni maliyyəsinə bağlı Moskva saytları ani olaraq tirajlayacaqlar.
Xüsusən çoğrafiyamızda real geopolitik gücə malik olan və bir çox region ölkələrin xarici və daxili siyasətinə təsir edən və qəsbkar Ermənistan dövlətini bərtərəf edərək torpaqlarımızın azad edilməsi məqsədini nəzərə alaraq Rusiyada geniş ideoloji fəaliyyət göstərməyimiz mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan aşağıdakı strateji xətlərə daha çox diqqət yetirilməlidir:
a) Rusiyanın aparıcı kütləvi informasiya vasitələrində köşə yerləri almaqla ardıcıl şəkildə ictimai rəyi Azərbaycan Respublikasının xeyrinə dəyişmək və Rusiya vətəndaşları arasında xalqımızın haqq işini müdafiə edənlərin sayını artırmaq lazımdır. Köşə yazılarını fondun ayıracağı maliyyə vəsaitələrindən-məvacib, qonarar, sponsor və.s formaları ilə stimullaşdırılması təklif edilir.
b) Bu yanaşma televiziyalarda bizim maraqlarımızı təmsil edəcək insanlar üçün də tətbiq edilməlidir.Son illər Rusiya televiziyalarında siyasi tok-şoular geniş populyarlıq qazanmışdır. Amma çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki,bu tok-şoularda ardıcıl şəkildə daha çox “ermənizm” təbliğ olunur və Azərbaycan həqiqətlərinin üzərinə kölgə salınır. Faciə burasındadır ki, erməni maraqlarından çıxış edən rusların və ya Erməni siyasi analitiklərin qarşısına savadsız, məlumatsız, analitik təfəkkürə malik olmayan, rus dilini isə dürüst bilməyən qeyri-mukəmməl azərbaycanlılar çıxarılır.
c) Əməkdaşlıq üçün seçilmiş insanları öyrənən zaman şəxslərin psixoloji portretləri spektral şəkildə analiz edilməli,mürəkkəb psixoloji proseslərə reaksiyaları öyrənilməli və bir fərd kimi geneloji kodu araşdırılmalıdır,çünki bir çox rus siyasiləri kökən olaraq tatar kimliklərini gizlədirlər. Bu baxımdan diaspora fondunun əsas istiqamətlərindən biri də Slavyan-Türk etno birliyi ideoloji konsepsiyasını təbliğ edərək türk kimliyini gizlədən amma geneloji olaraq türk, tatar kimliyi ilə əlaqədar olan rus siyasi oyunçuları Azərbaycan milli maraqlar dairəsinə cəlb etməlidir. Türk dünyası ilə Slavyan dünyasını birləşdirəcək tanınmış tarixi,ictimai-siyasi xadimlərimizlə bağlı Rusiyanın aparıcı şəhərlərində elmi-praktiki konfranslar keçirmək lazımdır. Məsələn: Kazan universitetinin professoru,xristian dinini qəbul etmiş görkəmli şərqşünas alim Mirzə Kazım Bəy, rus artileriyasının Allahı sayılan,Çar generalı Əliağa Şıxlinski, Rus çarı II Nikolayın cangüdəni,sona qədər ona sadiq olan General Naxçıvanski, Rusiya elitasının yaxın dostu,polkovnik Abasqulu Ağa Bakıxanov, polkovnik İsmayıl bəy Qutqaşınlı, Slavyan-Türk ictimai birliyi istiqamətində çalışmış fikir adamlarından İsmayıl Qaspıralı,rus diplomatı Konstantin Leontiyev, türk kökənli Anna Axmatova, Nikolay və Lev Qumulyovlar, Pyotr Savitski və başqaları ilə bağlı tədbirlərin keçirilməsi rus insanın bizə doğru fikrini dəyişmək üçün böyük əhəmiyyət kəsb edir.
2. Digər vacib istiqamətlərindən biri də Rusiyada fəaliyyət göstərən siyasi partiyaların daxilində Azərbaycanın milli maraqlarına qulluq edə biləcək insanların mövqe tutmasına dəstək verməyimiz olmalıdır. Bu həm hakim, həm də müxalif yönümlü partiyalarda olmalıdır. Necəki, bunu bu günləri ermənilər edir. Nəzərə almaq lazımdır ki,rus siyasi elitası yekcins deyildir və müxalifət də 2 qrupa bölünür: Rejim müxalifəti və qərb mərkəzlərindən idarə olunan müxalifət. Rejim müxalifəti də 2 hissəyə bölünür: Sistem müxalifəti və millətçi şovinist qanad. Millətçi şonvinistlər nə qədər də qeyri-adi səslənsə də məhz onların daxilində işləmək üçün daha çox münbit və əlverişli şərait vardır,çünki onların bədnam qonşularımıza qarşı münasibəti göz qabağındadır. Rusiya çoğrafiyasında geneloji olaraq rus-slavyan etnogenezində və dövlətçiliyində türk faktorunu önə çıxartmaqla onlarla əməkdaşlıq üçün geniş imkanlar yarana bilər. Bu bir daha slavyan-türk xalqlarının qarşılıqlı əlaqəsini önə çıxaran ideoloji konsepsiyasının milli maraqlarımız üçün nə qədər etibarlı,yararlı,dayanıqlı və vacib olduğunu göstərir. Bir çox ruslar tatar kökənlidirlər. Necə deyərlər, “istənilən rusu sıyırsan – tatar tapacaqsan”. Əgər insanlar yalnız onların mənşəyinə görə bu və digər millətə aid edilsə, rusların əksəriyyətini cəsarətlə tatar hesab eləmək olar. Amma unutmayaq ki,bu siyasi xətlər xüsusi xidmət orqanları ilə əməkdaşlıq zəmnində də gündəmə gələ bilər. Bu baxımdan bu tipli siyasi təşkilatlarla kordinasiyalı fəaliyyət daha effektiv nəticələr verə bilər.
3. Rusiya Federasiyası əsas beyin mərkəzlərinin-akademiya,universitet, elmi-tədqiqat institutları daxilində Azərbaycan milli maraqlarına xidmət göstərən və respublikamızın aidiyyatı qurumları ilə iş birliyinə girməyə meyilli, elm xadimlərinin geniş imkanlarından istifadə etməliyik. Bunun üçün onlara qonararlar, hər hansı bir layihələrinin maliyyələşməsi şəklində,onların Azərbaycana dəvət edib,xalqımızın mədəniyyəti,mətbəxi ilə tanış olmalarına maliyyə dəstəyi göstərməklə əməkdaşlığa cəlb etmək lazımdır.
4. Rusiyada yaşayan azərbaycanlıların yeni nəslinin tam ruslaşmaması üçün azərbaycanlıların yığcam yaşadıqları ölkələrdə və regionlarda ana dilində məktəblərin və Azərbaycan mədəniyyət mərkəzlərinin açılmasına və fəaliyyətinin təşkilinə maddi yardım göstərmək olduqca vacibdir. Birinci nəsildə doğma dilini itirən insan ikinci nəsildə etnik mentalitetdən məhrum olur, üçüncüdə isə artıq tam şəkildə azərbaycan mənşəli rusa çevrilir. Xalqın ruhu dildə yaşayır. Öz dilini itirməklə insan milli ruhunu, milli simasını itirir və dilini qəbul etdiyi xalqın nümayəndəsinə çevrilir. İnkişaf etmiş ölkələr öz dillərini bütün dünyaya yaymaq üçün böyük vəsaitlər xərcləyirlər.Bu bir siyasətdir və aşılayıcı mədəniyyət, psixologiya və ruhla-mənəviyyatla bağlıdır.
İstənilən millət – şəxsiyyətdir, ona görə də özünə görə nadirdir. Dil etnosun əsas spesifik əlamətidir və onun özünüqoruması və öz nümayəndələrini yadlardan ayırması alətidir.“Dil etnosun əsas, çox parlaq və möhkəm göstəricisi hesab olunur”, – böyük dilçi N.İ.Tolstoy bu cür yazırdı. İstənilən xalqı, hər şeydən əvvəl onun müasirləri birləşdirən, xələfləri və sələfləri doğmalaşdıran yalnız onun dilidir.
Adıgözəl Məmmədov
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident mükafatçısı