Nəyə görə “marqans” yoxa çıxdı? – Çox güclü vasitənin qadağan olunma səbəbləri

Tünd, bənövşəyi rəngli kristallardan ibarət marqans bir vaxtlar hər evdə var idi: təsərrüfatda, heyvandarlıqda və tibb müəssisələrindən antiseptik, zəhərlənmələrdə, vannalarda, yaralarda istifadə edilirdi.

Çox ucuz olan bu vasitə Sovet İttifaqı dağılandan 10 il sonra yoxa çıxdı, apteklərdən yığışdı, hətta satışı qadağan olundu. Nəyə görə unikal və universal, ucuz bir vasitə insanlardan alındı?

Medicina.az-a istinadən kalium permanqanatın nə üçün icad olunduğunu təqdim edir.

Permanqanat çox miqdarda mikrob və bakteriya öldürmək qabiliyyətinə görə elmi təyinat alıb.

Onun məhlulu həm daxilə, həm xaricə istifadə edilir.

Faydaları:

-Zəif həll olunmuş məhlulu zəhərlənmə, toksinlər, bağırsaq infeksiyalarında içilirdi

-0,5% məhlulu açıq yaralar, yataq yaraları, xoralarda istifadə olunur

-Yenidoğulmuşların marqanslı suda yuyunması göbək yarasını tez qurudurdu

-Ağızı yaxalamaqla stomatit və qinqivitdə faydalıdır.

-Boğaz iltihabında qarqara olunur

-Dəri allergiyaları, iltihabı, səpkilərində

-Dabanda çat, döyənəkləri aparır

-Tərləməyə qarşıdır

Marqans zərərli suyu da təmizləyirdi. Onu səfərə götürüb, quyu sularını içməzdən öncə tətbiq edirdilər.

Mənfi cəhəti: 

Kristalın özü suda həll olunmadan insanın ağzına, boğazına, gözünə düşsə onu yandırır, yara açır.

Nəyə görə qadağan olunub:

2007-ci ildən MDB dövlətlərində Səhiyyə Nazirlikləri tərəfindən bu vasitənin apteklərdə, hətta əldən açıq satışı qadağan olunub. Səbəb kimi onun insan həyatı üçün təhlükəli olması göstərilir. Onu düzgün saxlamadıqda və müəyyən kimyəvi reaksiyalardan marqans partlaya bilir. Partlama, tez alışma təhlükəsinə, eləcə də permanqanat kaliumun tərkibində narkotik maddəyə bənzər maddə olduğundan onu hətta gizli alıb satanda da cərimə və cəza təyin edilib.

Hazırda Rusiyada ciddi həkim təyinatı ilə marqans kiçik paketlərdə 1-2 qr miqdarında apteklərdə satılır.

Share: