İyirmi min borcu olan Bakı sakini qanunsuz azadlıqdan məhrum edilib.
Müstəqil.Az bildirir ki, hüquq-mühafizə orqanlarından Axar.az–a verilən məlumata görə, paytaxt sakini K.Əsgərov Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək, atası H.Əsgərovun 20 min borcu olması səbəbindən tanıdığı şəxs tərəfindən naməlum ünvanda saxlanıldığını bildirib.
O ərizəsində qeyd edib ki, hazırkı vaxtadək atası buraxılmayıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
Müstəqil.Az