ABŞ Suriyadakı hərbçilərinin sayını artırmayacaq.
Müstəqil.Az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general Kennet Makkenzi deyib. O, Suriyanın şimalında patrul fəaliyyətini hazırda Suriyada mövcud olan ABŞ əsgərləri ilə həyata keçirəcəklərini və heç bir əlavə dəstək almayacaqlarını bildirib.
Qeyd edək ki, “Nyu York Tayms” bundan öncə Türkiyə ilə birgə Suriyanın şimal-şərqində patrul aparılması üçün ABŞ-ın buraya 150 hərbçi göndərəcəyini açıqlamışdı.
İlkin METE