Bu sözləri rusiyalı hərbi ekspert Vladimir Kozin deyib.
“Son zamanlarda NATO tərəfindən Ankaraya qarşı heç də xoş olmayan addımlar atılır. Bu da Türkiyə hakimiyyətini ciddi mənada düşündürür. Bir tərəfdən Türkiyənin milli təhlükəsizliyini qoruyan silahların alınmasını qəbul etmədiklərini diqtə edirlər. Digər tərəfdən Türkiyənin müxtəlif silahlardan məhrum olacağını bildirirlər. Təbii ki, bütün bunların fonunda Ankaranın addımları anlaşılandır”, – Kozin bildirib.
Qeyd edək ki, Türkiyə parlamentində ölkənin NATO üzvlüyünə yenidən nəzərə salınacaq.
Əlavə edək ki, Norveçdə keçirilən təlimlər zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer almışdı.
Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfər ordudan qovulmuşdu.
Norveç və NATO isə Türkiyədən üzr istəyib.