Azərbaycan teleməkanında bir ilk yaşanıb.
Müstəqil.Az xəbər verir ki, “İctimai Televiziya” yeni mövsümündə “3D” adlı layihəyə start verərək, efirə robot çıxarıb.
Dadaşlinski Dadaş Dadaş oğlu adlı robot İTV-nin Baş direktoru Balakişi Qasımovla söhbətləşib.
B.Qasımov söhbət zamanı yeni mövsümdə İTV-nin efirindəki yeniliklərdən danışıb. (oxu.az)