Texas sahillərinə sayca 11-ci qasırğa yaxınlaşır

ABŞ-ın Texas ştatı sahillərində siklon tropik qasırğa səviyyəsinə çatıb.

RİA Novosti” xəbər verir ki, mövsümün on birinci qasırğasına “İmelda” adı verilib.

O, çərşənbə axşamı günortadan sonra Texas sahillərinə yaxınlaşıb.

Tropik qasırğa saatda 11 kilometr sürətlə şimala doğru irəliləyir, küləyin gücü saatda maksimum 55 kilometrə çatır.

Son məlumatlara görə, fırtına Friport yaşayış məntəqəsindən 25 kilometr və Texas sahillərindəki Qalveston şəhərindən isə 90 kilometr məsafədədir.

Qasırğa Texasın və Luiziananın sahilyanı ərazilərinə güclü yağışlar gətirəcək.

Share: