Çin polisinin “təlim düşərgəsi siyasəti” adı altında bir çox müsəlman məhbusu gözlərini bağlayaraq və zəncirləyərək təlim düşərgələrinə aparmaları ilə bağlı yeni görüntülər ortaya çıxıb. FaktXeber.com-un verdiyi məlumata görə, bununla bağlı video “Qorxuya qarşı mübarizə” adlı sosial media hesabında paylaşılıb.
Qeyd edək ki, Çin Dövləti bölgədəki hökmranlığını gücləndirmək üçün xalqın İslam kimliyini ən böyük maneə olaraq görür.
Pilotsuz təyyarə ilə çəkilən yeni görüntülərdə Çin polisinin bir çox müsəlman məhbusları gözləri bağlı zəncirlənərək təlim düşərgələrinə aparıldıqları göstərilir. Görüntülərdə Çin tərəfindən edilən təzyiq və fundamental insan haqları pozuntuları əks olunub.
Birləşmiş Millətlər Təşkilatı Çində həbs və təlim düşərgələrində uyğur və digər etnik qruplardan olan bir neçə milyon müsəlmanın olduğunu açıqlayıb.