Zakir Fərəcovun “Ximekspress 2000” MMC ilə 400 minlik müqaviləsi

Sumqayıt Şəhər İcra Hakimiyyəti avtomobil yollarının asfalt örtüyünün təmiri işlərinin davam etdirilməsi üçün 389 min 711.4 manat dəyərində müqavilə bağlayıb. 

“Ximekspress 2000” firması 25 may 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Reyester məlumatlarında firmanın nizamnamə kapitalının 40 manat olduğu qeyd edilib. Firmanın qanuni təmsilçisi isə Nuriyev İlqar Cəllad oğludur.

“Ximekspress-2000”-də baş direktor vəzifəsi daşıyan İlqar Nuriyev 2009-cu ildə hakim Yeni Azərbaycan Partiyasının (YAP) xəttilə Sumqayıt bələdiyyəsinin üzvü seçilib.

İlqar Nuriyevin rəhbərlik etdiyi firma bəzi rayonlarda təhsil ocaqlarının təmirini də həyata keçirib. Bu ilin avqust ayında isə mediada Qusar rayonu Quxuroba kənd orta məktəbinin müəllimlərinin “Ximekspress 2000” firması barədə şikayəti tirajlanıb. Şikayətdən aydın olur ki,  frma məktəb binasını təmir üçün söküb. Amma dərs ilinin başlanmasına  az vaxt qalsa da, təmir işlərinə başlamayıb.

“Ximekspress 2000” haqqında daha bir məlumat bundan ibarətdir ki, firma Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyi ilə məhkəmə çəkişməsi yaşayıb. Hər iki məhkəmədə “Ximekspress 2000” qalib gəlib.

Share: