“Ölkə.Az”ın publika.az-a istinadən məlumatına görə, ailə üzvləri və silahdaşları II Fəxri Xiyabanda mərhum pilotun qəbrini ziyarət edib. Şəhid pilotumuzun oğlu da mərasimə qatılıb.
Pilotun anası məzarı başında ağı deyərək, övladlarının “atalarının harada olması” sualına cavab verə bilmədiklərini dilə gətirib: “Oğlun səni görməyə gəlib, amma deyir atam ölməyib. Güllərini sənin üçün özü seçdi. Gözlərimdən yaş yox, qan axır. Yarından, balalarından doya bilməyən balam, hara getdin? Ellər oğluna yalvaraq bəlkə yarı yoldan qayıtdı. İki gün idi məni qonaq çağırdın, elə bil ölümünü bilirdin… Rəşad elə bil mənə can verirdi, nəfəs verirdi. Boyunu görəndə sevinirdik. Gecə səhərə kimi şəklinlə söhbət edirəm. Deyirəm bəlkə cavab verəsən ay ana, bəsdir ağladın. Nə şəklindən xəbər çıxır, nə də qeybdən səs gəlir”.