Azərbaycanın Milli Parklarına 8 ay ərzində 75 minə qədər turist gəlib – VİDEO

Ekoturizm imkanlarına yenidən baxılır

Azərbaycanda Milli Parklarda ekoturizm fəaliyyətinə dair hesabat təqdim olunub.

Ekoturizmin inkişafı perspektivləri mövzusunda dəyirmi masa keçirilib.

“Necə etməliyik ki, Milli Parklar turisti cəlb etsin? Milli Parklarda hansı xidmətlər yoxdur? Hansı təşkilati işlər görülməyib ki, bu gün turistlər oraya böyük həvəslə gəlmir? Keçmişə nəzər salsaq,5 il əvvələ qədər Azərbaycanın Milli Parklarına gələn turist sayı 3000-4000 nəfər təşkil edirdi. Ondan artıq deyildi. Bu gün 8 ay ərzində 74 mindən yuxarı, 75 minə qədər turist gəlib. Sevindiricidir, amma orta Avropa Milli parkı ilə müqisə etsək hansı ki, 100 minlərlə insan olur, bu ürəkaçan vəziyyət deyil”, – deyə  ETSN-in departament direktoru Hikmət Əlizadə bildirib.

Share: