Ölüm xəbəri yayılan Maral Tahirqızı sağdır.
BAKU.WS-ə danışan Tahirqızı heç bir qəza keçirmədiyini bildirdi:
“Heç bir qəza kemçirməmişəm. Sağ-salamatam. Özüm də Bakıdayam. Bu xəbəri yayanlar yəqin mövzu tapmayıblar, götürüb məndən yazıblar”.
Müğənnilik fəaliyyəti göstərən “İnstagram” fenomeni son paylaşımlarının yeni olduğunu deyib:
“O videolar təzədir, el şənliklərində çəkilib. Məhərrəmlik ayı olsa da, toy da edirlər, doğum günü də. Məni də dəvət edirlər, gedib oxuyuram”.
Xatırladaq ki, yerli mətbuatda bu gün səhər saatlarında Maral Tahirqızının ağır yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyi barədə məlumatlar yayılıb.