Məlum olduğu kimi, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” matçında dronla meydanın mərkəzinə qondarma rejimin bayrağı gətirilib.
Müstəqil.Az Virtualaz.org-a istinad edərək bildirir ki, Lüksemburqun İdman naziri Dan Kerş oyun yarımçıq dayandırılandan sonra futbolçularımızın paltardəyişmə otağına gedərək idmançılardan və Azərbaycan tərəfindən şəxsən üzr istəyib
O, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu söyləyib. Daha sonra nazir qondarma Dağlıq Qarabağ bayrağını qaldıran təxribatçını tapıb cəzalandıracaqlarını bildirib.
Yeri gəlmişkən, “Düdelanj”-“Qarabağ” matçında meydana qondarma rejimin bayrağını Ermənistanın “First Armenian Front” fanat qrupunun üzvləri endiriblər.
Bu barədə Teleqram sosial şəbəkəsində məlumat yayılıb.
Başqa bir məlumatda isə dronun stadionun yaxınlığında yerləşən tennis meydançasından havaya qaldırıldığı bildirilib.
Qeyd edək ki, “First Armenian Front” Ermənistan futbol yığmasının azarkeşlər qrupudur.
Tural Balabəyli