RF Dövlət Dumasının deputatı Dmitri Savelyevin fikrincə, Rusiya İkinci Dünya müharibəsinin tarixini yenidən yazmaq istəyənlərə layiqli cavab verməlidir.
D.Savelyevin sözlərinə görə, Njdenin nasistlərin əlaltısı olmasını və Qızıl ordunun arxa cəbhəsində təxribatlar törətmək üçün agentlər cəlb etməsini təsdiqləyən rəsmi sənədlər var.
D.Savelyev deyib: “Ermənistanda Qaregin Njdeyə heykəl qoyublar. Njdenin nasistlərin əlaltısı olmasını, Qızıl ordunun arxa cəbhəsində təxribatlar törətmək üçün Bolqarıstanda agentlər cəlb etməsini təsdiqləyən rəsmi sənədlər var. Ona isə heykəl qoyurlar. Krasnodar diyarının Armavir şəhərində də Njdeyə memorial qoyulduğunu biləndə çox hiddətləndim. Mənim fikrimcə, “nasizmin reabilitasiyası” cəhdi olan bu fakt həm Rusiya qanunlarına, həm də beynəlxalq qanunlara görə cinayət kimi tövsif edilməlidir. Bunun başqa adı yoxdur. Njdeyə heykəllər qoyulması nasist caninin qəhrəman kimi qələmə verilməsi deməkdir. Burada başqa fikir ola bilməz. Əgər Ermənistana qəhrəman lazımdırsa, Cənub-Qərb cəbhəsində nasistləri darmadağın etmiş, sonra isə Belorusiya cəbhəsinə rəhbərlik etmiş Sovet İttifaqı marşalı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Baqramyanı niyə xatırlamırlar? Ermənistanda görkəmli qəhrəmanlar, Böyük Qələbənin yaxınlaşdırılmasında mühüm rol oynamış şəxslər olub, amma orada nədənsə Njde kimi son dərəcə şübhəli şəxslərə heykəl qoyularlar. Bu fakt belə hadisələrin əsl səbəbi barədə düşünməyə məcbur edir. Rusiya bu cür hadisələrə adekvat cavab verməlidir”./azərtac