Tunisin yeni prezidenti məlum oldu

Tunisdə prezident seçkilərinin ikinci mərhələsinin qeyri-rəsmi nəticələri açıqlanıb.

Müstəqil.Az İHA-ya istinadən xəbər verir ki, “Sigma” monitorinq şirkətinin açıqladığı rəqəmlərə görə, bitərəf namizəd Qeys Səid səslərin 76 faizini qazanıb.

Onun ən böyük rəqibi, Tunisi Qəlbi Partiyasının rəhbəri Nebil Karvi isə 23 faiz səs toplayıb.

Tunis Ali Seçki Komissiyası səsvermədə 7 milyon 155 min nəfərin iştirak etdiyini açıqlayıb. Bu isə ümumi seçicilərin 57,8 faizidir.

Qeyd edək ki, birinci mərhələdə Qeys Səid 18,4 faiz, Nebil Kervi isə 15,6 faiz səs qazanmışdı.

Share: