Dünən Çempionlar Liqasının 5-ci turu çərçivəsində “Liverpul”la qarşılaşan “Sevilya” klubu ilə bağlı təəccüblü iddia qaldırılıb.
Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, iddiaya görə, komandanın baş məşqçisi Eduardo Berizzo ilk yarıda 3-0 hesabı ilə məğlub olan futbolçulara xərçəng olduğunu bildirib.
Futbolçular da bu xəbərdən təsirlənərək matçın ikinci yarısında rəqib qapısından 3 dəfə top keçirib. Beləliklə matç bərabərə bitib.
Məsələ haqqında “Sevilya” açıqlama verməyib. Yalnız bu gün ərzində mətbuat konfransı keçiriləcəyi bildirilib.