Yəmən qan gölünə çevrildi – 244 ölü, 400 yaralı

Yəməndə noyabr ayının əvvəlindən indiyə qədər husilərlə və keçmiş prezident Əli Abdullah Saleh tərəfdarları ilə hökumət qüvvələri arasında baş verən qarşıdurmalarda 28-i komandir olmaqla 244 nəfər həlak olub, 400 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Yəmən ordusuna aid “September Net” saytı informasiya yayıb.

Baş verən qarşıdurmalar zamanı ümumilikdə hər iki tərəfdən 28 nəfər əsir götürülüb.

Qeyd edək ki, hazırda Səna şəhəri qiyamçı husilərin nəzarətindədir.

Share: