Dünya şöhrətli model Kendal Jenner ilin ən varlı modeli seçilib.
Müstəqil.Az xarici mətbuata istinadən xəbər verir ki, “Forbes” jurnalı ilin ən çox pul qazanan modellərinin siyahısını hazırlayıb. Jurnalın 2016-ci ilin iyunundan 2017-ci ilin iyununa qədər apardığı hesabata görə, birinci yerdə 22 yaşlı amerikalı model Kendal Jenner qərarlaşıb. Onun gəliri 22 milyon dollar təşkil edib. Maraqlıdır ki, Kendal təkcə reklam kampaniyaları sayəsində qazanmır, o, kosmetika, parfümeriya, geyim və digər malların istehsalı ilə məşğul olur, gəlirinin çoxu isə 85 milyon abunəçisi olan Instaqram hesabına gəlir. O, sosial şəbəkə vasitəsilə tez-tez reklam postları edir və bundan yaxşı qazanır.
Siyahının ikincisi 37 yaşlı braziliyalı model Jizel Bündhen olub. O, bir ildə 17,5 milyon dollar qazanıb. Buna qədər Bündhen 15 il ərzində “Forbes”in reytinqinə başçılıq edib və onun birinciliyini heç kim keçə bilmirdi. Amma braziliyalı modelə haqq qazandırmaq olar, çünki Bündhen 2015-ci ilin yazından podiumda model karyerasını başa vurub və indi yalnız reklam müqavilələrinin hesabına qazanır.
Üçüncü yeri 13,5 milyon dollar gəlirlə ikinci dəfə ana olmağa hazırlaşan 31 yaşlı aparıcı və amerikalı model Krissi Teyqen tutub. Demək lazımdır ki, model ilk dəfədir ki, reytinqə düşüb və birinci dəfədən fəxri yeri tutub.
“Forbes” versiyasına görə, ən çox qazanan modellər sırasına Adriana Lima, Cici Hadid, Rozi Hantinqton-Uaytli, Karli Kross, Lü Ven, Bella Hadid, və kök model Eşli Qrem daxildir.
2-ci yer: Jizel Bundxen (17,5 milyon dollar)
3-cü yer: Krissi Teyqen (13,5 milyon dollar)
4-cü yer: Adriana Lima (10,5 milyon dollar)
5-ci yer: Cici Hadid (9,5 milyon dollar)
6-cı yer: Rozi Xantinqton-Uyatli (9,5 milyon dollar)
7-ci yer: Karli Kloss (9 milyon dollar)
8-ci yer: Lyu Ven (6,5 milyon dollar)
9-cu yer: Bella Xadid (6 milyon dollar)
10-cu yer: Eşli Qremdir (5,5 milyon dollar)