Keniyada altı mərtəbəli binanın çökməsindən iki gün sonra xilasetmə qrupları iki nəfəri dağıntılar altından çıxara bilib.
Teleqraf.com-un məlumatına görə, hadisə dekarın 7-də səhər yerli vaxtla 9:00 ətrafında, Nayrobinin Embakasi bölgəsində olub. Çökmə binadakı konstruksiya qüsurları səbəbindən baş verib.
Hadisə yerində xilasetmə işləri davam edir. Ümumilikdə əməliyyat başlayandan bəri 35 nəfər xilas edilib.
Ölənlərin sayı 7-ə çatdığı bilidirilir. Yerli Qırmızı Xaç Komitəsinə məlumatına görə, 11 nəfər itkin düşmüş hesab olunur.
Müstəqil.Az