“Uzaqdan bir şeir” layihəsində ZİVƏR AĞAYEVA

SÖZ

Söz, söz,
Nə qədər ki, sinəmdəsən,
Elə billəm, mənimçün sən
Tükənməz bir xəzinəsən.
Mən ummanam, mən dənizəm
Dalğa-dalğa.
Elə dinnəm qüdrətinlə
Ucalaram, dönnəm dağa.
Səninlə mən kəhkəşanı
seyr edərəm.
Ayı, günü otağıma endirərəm.
Amandır, sən
Yersiz düşmə dodağımdan,
Dəniz könlüm edər tuğyan.
Sən uçarsan bir quş kimi,
Əlim çatmaz heç bir yana.
Əzabını mən çəkərəm
Gecə-gündüz yana-yana.


Layihənin Kamalə ABİYEVA təqdim edir

Share: