Qeyri-adi rekorda imza atan Cheetah Platt və Rhiann Woodyard cütlüyü harada evlənəcəklərinə heç cür qərar verə bilmirmiş. Onlar çarəni ölkə-ölkə gəzib, evlənməkdə tapıblar. Ötən il nişanlanan cütlük 83 gün içərisində 38 fərqli ölkədə evləniblər. Fevralın 8-dən evlilik üçün səyahətə çıxan cütlük Hindistan, Misir, Tailand, İrlandiya, Mərakeş, Keniya, Amerika və s. ölkələri gəziblər. Təqribən 3 ay çəkən səyahətləri əsnasında həm ölkələri gəziblər, həm də möhtəşəm bal ayı keçiriblər.
Evlənməyə hazırlaşan cütlüklər üçün toy hazırlıqları olduqca yorucu və stresslidir. Lakin Cheetah və Rhiann nə gəlinlik, nə bəylik, nə də başqa şeylərə zaman sərf ediblər. Sadəcə evləniblər. Cütlük “niyə dünyanı gəzərək evlənirsiz?”, – sualına “Los Angelesdə toylar baha başa gəlir. Biz də bir gün üçün o qədər pul xərcləmək istəmədik. Onun yerinə dünyanı gəzməyə qərar verdik”, – deyə cavab veriblər. Sevgililər 83 günlük toy üçün üç min dollardan az pul xərcləyiblər. Xərclərin bir qismini isə getdikləri ölkələrdə aldıqları maddi yardımlarla qarşılayıblar.
Akrobatlıq dərslərində tanış olan sevgililər İnstagram hesablarındakı paylaşımları ilə həm sevgilərini, həm də istedadlarını nümayiş etdirirlər. Bu sayədə də internet fenomeninə çevriliblər.(seyahetchi.com)