Kiyevlə Donbasın girov mübadiləsi Rusiya və Ukrayna arasında münasibətlərdə zəif istiləşmənin göstəricisi sayıla bilər.
Müstəqil.Az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
“Bu, Rusiya və Ukrayna arasında münasibətlərdə zəif istiləşmənin ən yaddaqalan göstəricisi idi. Girov mübadiləsi Donbasda konfliktin həllinə çalışan Ukrayna Prezidenti Vladimir Zelenskinin uğuru kimi qiymətləndirilir. Zelenskinin Rusiya ilə münasibətləri normallaşdırma istiqaməti sülh danışıqlarının bərpasına, girovların sərbəst buraxılmasına və Ukraynanın boru kəmərləri ilə Rusiyanın təbii qazının Avropaya çatdırılmasına gətirib çıxardı”, – deyə məlumatda bildirilib.
Kamran Ədalət