Cərrah xəstəni əməliyyat zamanı təsadüfən yandırdı

Buxarestdə (Rumıniya) xəstəxanaların birində xəstə cərrahiyyə əməliyyatı zamanı yanıb, bir həftə sonra isə dünyasını dəyişib.

BBC xəbər verir ki, 66 yaşlı xəstə mədəaltı vəzində xərçəng şışınin götürülməsi üçün xəstəxanaya gəlib.

Əməliyyat zamanı cərrah skalpeli spirt tərkibli maye ilə dezinfeksiya edib. Birdən xəstə od tutub alışıb. Onun bədənin 40 faizi yanıb, aldığı yanıqlardan bir həftə sonra isə dünyasını dəyişib.

Rumıniya polisi faktla bağlı araşdırma aparır. Mərhumun qohumları bildiriblər ki, həkimlər hadisəni uzun müddət gizlədiblər.

Share: