Xəzər TV-nin rəhbəri işdən çıxarıldı – Şok təyinat

Şamxal Həsənli Xəzər TV-dəki vəzifəsindən azad edilib.

Müstəqil.Az Axar.az-a istinad edərək  xəbər verir ki, Bakıpost.az Xəzər TV-nin rəhbəri vəzifəsinə xalq artisti Murad Dadaşovun gətirildiyini yazıb.

Xatırladaq ki, Şamxal Həsənli Xəzər TV MMC-nin prezidenti vəzifəsini icra edirdi.

***

Milli Teleradio Şurasının Aparat rəhbəri Asəf Hacıyev Axar.az-a açıqlamasında bildirib ki, onun heç nədən xəbəri yoxdur:

“Mən 3 ildir Xəzər TV-nin təsisçisi vəzifəsindən uzaqlaşmışam, ona görə mən bu xəbərləri şərh edə bilmərəm”.

Müstəqil.Az

 

 

Share: