“Türkmənistan” Hava Yolları İran İslam Respublikası üzərindən beynəlxalq aviareyslərin müvəqqəti olaraq dayandırdığını elan edib.
Bu barədə məlumatı Türkmənistan xəbər agentliyi “ORİENT” yayıb.
Qərar “Türkmənhavayolları” Agentliyinin Təhlükəsizlik Şurasının iclasında qəbul edilib. Qərarın mülki təyyarə uçuşlarının təhlükəsizliyini təmin etmək üçün verildiyi qeyd olunur.
Qeyd edək ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif özünün “Twitter” hesabında Ukraynaya məxsus təyyarəyə “səhvən” raket atıldığını qeyd edib. Ukraynaya məxsus təyyarənin yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğraması nəticəsində 167 sərnişin və doqquz heyət üzvü həlak olub.