Qondarma Luqansk Xalq Respublikasının rəhbəri Moskvaya gedib.
Müstəqil.Az xəbər verir ki, bu barədə informasiyanı öz “Vkontakte” səhifəsində rusiyalı yazar Zaxar Prilepin paylaşıb.
“Plotnitski Rostovdan Moskvaya adi reyslə gəlib. Bu dəqiqələrdə onun təyyarəsi havaya qalxdı. O, hamı ilə birgə ekonom-klass salonuna daxil oldu. Onun çiynində kiçik çanta var idi”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Plotnitskinin Rusiyaya qaçması barədə informasiya yayılmışdı. Onun Luqansk Daxili İşlər naziri İqor Kornetlə bacarmayaraq, bu addımı atdığı bildirilirdi.
Kornetin hazırda bütün hökumət binalarını əlində saxladığı haqqında informasiya yayılıb. Kornetlə mübarizə üçün Donetskdən Luqanska ordu hissələri göndərildiyi iddia edilir.
Müstəqil.Az