Ukrayna Hava Yollarına aid təyyarə Tehran yaxınlığına yerləşdirilən yeni havadan müdafiə qüvvələri ilə koordinasiyanın olmaması nəticəsində vurulub.
Müstəqil.Az xəbər verir ki, bu sözləri iranlı deputat Əbu əl-Fadl Musəvi deyib.
“Təyyarə havaya qalxmadan öncə havadan müdafiə qüvvələrinə bir və ya bir neçə dəfə məlumat verildi. Lakin o gecə İmam Xomeyni Beynəlxalq Hava Limanının yaxınlığında quraşdırılan havadan müdafiə qüvvələri ilə tam koordinasiya yox idi və xəta səbəbindən hadisə baş verdi”, – deyə deputat bildirib.
Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Ukraynaya aid sərnişin təyyarəsini səhvən vurduqlarını etiraf edib.
Kamran Ə.