Erməni siyasətçi Qarabağda hərbi hissə tikdirir

Erməni iş adamı Qagik Çarukyan Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində yeni hərbi hissə tikəcək.

Müstəqil.Az  xəbər verir ki, bunu Çarukyanın özü Hayastan Fondunun Qarabağ üçün keçirdiyi telemarafonda çıxışı zamanı söyləyib.

“Mənim vəsaitlərim hesabına Qarabağda yeni, hər şeylə təchiz edilmiş hərbi hissə tikiləcək. Tikinti işləri yazda başlayacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Çarukyan həm də Ermənistan parlamentində ikinci ən böyük üstünlüyə sahib olan Çarukyan Blokunun rəhbəridir.

Müstəqil.Az

Share: