Amerikalı komandan məxfi sirri açdı

ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının komandanlarından biri – Ceyms Cerard Suriyada DSQ-nı dəstəkləmək üçün 4 min civarında amerikalı hərbçinin olduğunu yanlışlıqla bildirib.

Cerard jurnalistin sualını cavablandırarkən bu səhvi edib.

Jurnalist isə Cerarda “Əminsiniz ki, Pentaqon bu sayda hərbçi göndərib?” deyə yenidən sual ünvanlayıb.

Bundan sonra səhv etdiyini anlayan komandan, “Üzr istəyirəm, yanlışlığa yol verdim. Suriyada təxminən 500 əsgər var” deyə qeyd edib.

Share: