Ukrayna ordu ordusu Donbasda neytral zonada iki kəndi nəzarət altına alıb.
Müstəqil.Az Publika.az-a istinadən Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda “Feysbuk” səhifəsində hərbi əməliyyat qərargahının mətbuat mərkəzi bildirib.
Məlumata görə, söhbət separatçıların nəzarətində olan Qorlovkanın 20 kilometr şimalında yerləşən Travnevoe və Qladosovo kəndlərindən gedir.
Kəndlərin tutulması “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumu tərəfindən də təsdiqlənib.
Daha əvvəl yayılan xəbərə görə, Ukrayna ordusunun 54-cü briqadası Qorlovkanın ətrafına çıxmaq üçün genişmiqyaslı hücumu əməliyyatına hazırlaşırdı. Lakin könüllülərdən birinin bu haqda sosial şəbəkədə yazması genişmiqyaslı hücumun qarşısını alıb.
Ukrayna ordusunun planları barədə sosal şəbəkədə yazılanlardan sonra “Donetsk Xalq Respublikası” separatçı qurumun rəhbərliyi əraziyə əlavə qüvvələri cəlb edib.