Müstəqil.Az Milli.Az-a istinadən xəbər verir ki, dünən paytaxt restoranlarından birində müğənni Könül Kərimova qızı Ləmana toy edib. Müğənnini bu xoş gündə heç bir sənət yoldaşı tək buraxmayıb. Belə ki, sənət aləminin sayseçmə sənətkarları toya təşrif buyurublar. Hətta müğənni ilə bir zamanlar soyuq münasibətdə olan həmkarı Xatun Əliyeva da qonaqlar arasında olub. Toyda diqqətçəkən məqamlardan biri də xalq artisti Könül Xasıyevanın ifası olub. Toya çağırılmadığını bildirən müğənni həmkarının şad gününə xəbərsiz gəldiyini söyləyib:
“Könül məni qızının toyuna çağırmamışdı. İstəmirdi ki, xəstə halımla onun toyuna gəlim. Təbii ki, mənə qıymırdı. Bu gün günorta eşitdim ki, Könülün qızının toyudur. Mən gəlməyə bilməzdim, çünki vaxtilə biz sinif yoldaşı olmuşuq. Bu gün Könülün ağacının bar verən günüdür, təbrik edirəm”.
Könül Xasıyeva oxuduğu mahnı ilə toyda olan hamını kövrəldib.