BMT rəhbərindən bədbin korona açıqlaması

Koronavirus dünyada daha çox can ala bilər. Xüsusilə, pandemiyaya daha az hazır olan ölkələrdə…

Müstəqil Az xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.

“İtirilmiş həyatlar üçün kədərlənirik… Onlar artıq 200 mindən çoxdur. Çox böyük təəssüflə qeyd edirik ki, ölüm sayı artır. Xüsusilə, mübarizə imkanları az olan ölkələrdə…

BMT həyatları xilas etmək, aclığın qarşısını almaq, ağrıları yüngülləşdirmək və bərpa planını həyata keçirmək üçün tam səfərbər olub”, – deyə baş katib bildirib.

Kamran Ədalət

Share: