Şəkildi
Hərdən yana-yana töküb baxıram,
Deyirəm..eh..bu da filan şəkildi..
Gənclik həsrətilə yanıb,qovrulan..
Bənizi saralan,solan şəkildi..
Ayıl xəyallardan, azca bəri düş..
Hərəsi bir cürə sifəti dönmüş.
Çiynində günlər var..anası ölmüş
İllərdən-illərə qalan şəkildi..
Bircə söz soruşum..gör nə deyəcək..
SÖZə çevriləcək, ŞEİRə dönəcək.
Nə vaxtsa,daş üstən gülümsəyəcək..
İndidən gözləri dolan şəkildi..
Gözündə eynək yox,əlində əsa..
Atam çəkdirmişdi bir vaxt hardasa..
Anam yox,qaldırıb divardan asa..
Ruhu yagmalanmış, talan şəkildi..
Agzım uzun ömrə sulandı vallah..
Qarşımda ocaq tək qalandı vallah..
Dünyada nə varsa yalandı vallah..
Dünyada tək bircə qalan şəkildi….
Fərqanə Mehdiyeva
Müstəqil.Az