Kişi arvadına görə qardaşını günahlandırdı və döydü…

Tovuz rayonunda 49 yaşlı kişi qardaşı tərəfindən döyülüb.

Müstəqil.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Rizvan Cavad oğlu qardaşı tərəfindən döyülüb. R.Əliyev zərbələrin təsirindən komaya düşüb. O, təcili yardımla komatoz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına göndərilib. Həkimlərin səyi nəticəsində yaralı komadan ayılıb.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, iki qardaş ailə münaqişəsi nəticəsində mübahisə edib. Belə ki, R.Əliyevin həyat yoldaşı qardaşının həyat yoldaşı ilə dalaşıb. Hadisədən xəbər tutan böyük qardaş da qadınların mübahisəsində R.Əliyevi günahlandırıb və onu döyüb.

 Müstəqil.Az

Share: