Yol Polisindən sürücüyə qarşı hörmətsizlik…

Cəlilabad rayon Sabirbad kənd sakini Səfərov Mübariz İman oğlu Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən ona qarşı kobudluq edildiyini iddia edir. 

Müstəqil.Az-a bu haqda məlumat verən M. Səfərov qeyd edib ki, bu gün, dekabrın ilk günündə   Mərdəkan yolunda, “Azpetrol” yanacaq məntəqəsinə yaxın bir yerdə özümə məxsus   15- BM- 509 dövlət nömrə nişanlı “Ford” avtomobilimi saxlayıb yerdə dayanməşdım.  Bu zaman  99 – YP – 522 dövlət nömrə nişanlı  YPX avtomobili yaxınlıqda dayandı. Maşındakı  polis əməkdaşlarımndan  biri  özünü təqdim etmədən maşınımın cəriməsi olduğunu bildirdi və üzərində həbs-qəti imkan tədbirinin olmasını deyərək sükanın arxasında oturdu. Maşənı işə salıb gəl otur, maşını cərimə meydançasına aparıram..

Mübariz Səfərov Müstəqil.Az-a söhbətində polis əməkdaşına cərimə haqda xəbəri olmadığını da i deyib:

“Ona bildirdim ki, mənim cəriməmin olmasından xəbərim yoxdur. Hər hansı bir cəriməm olsaydı güman ki, yaşadığım ünvana bu haqda  xəbərdarlıq məktubu gələrdi və məlumatımız olardı. İndi bildirmisiz, xəbərim olur, cərimənin qədərini deyin və pratakol tərtib edin, dərhal ödəyim, desəm də, yol polisinin əməkdaşı buna fikir vermədi, maşını cərimə meydançasına apardı.
Sürücü  M. Səfərov bildirir ki, mən hər hansı bir  cərimənin ödənilməsinin tərəfdarıyam, və bu cəriməni də  ödəməliyəm. Ödəmək üçün də mənə şərait yaradılmalıdır.

Mübariz Səfərovu narahat edən məsələ həm də cərimələri haqda yaşadığı ünvana xəbərdarlıq məktubunun gəlməməsidir.

“Niyə bütün bunlara riayət olunmur. Mənim maşınıma xəbər etmədən oturan polisdən  dəfələrlə özünü təqdim etməsini xahiş etsəm də o  adını deməkdən imtina etdi, bir dəfə demişəm eşidəydin, dedi. Mən isə onun özünü təqdim etməyini eşitməmişdim. Bu adam özünü çox rahat aparır, polisin adına xələl gətirəcək hərəkətlər edir,  məni aşağılayacaq ifadələr işlədərək lağ edirdi. Maşını cərimə meydanına apardıqda ironiya ilə, gəlin bunun maşınını təhvil alın, deyir ki, maşınımda 15 kq qızıl var”.
M. Səfərov Müstəqil.Az– söhbət zamanı onu da xüsusi ilə vurğuladı ki,  öyrənmək istəyirəm, görəm Polis həqiqətənmi sürücü ilə belə davranmalıdır?

Yaxud, doğurdanmı polis sürücünü aşağalımalı, əynindəki polis mundirinə hörmətsizlik etməli, polisin şərəfli adına ləkə gətirməlidir?Doğurdanmı polisdən hansı şəraitdə və harada yol hərəkəti qaydalarını pozmağımı soruşduqda və cəriməmin miqdarını öyrənmək istədikdə, o bunu  deməməlidir?
Doğurdanmı MMX deyilən müşahidə radarına düşən avtomobillərin cərimə olunduqlarını  avtomobil sahibinə bildirilməməlidir?
Doğurdanmı Yol Polisi özlərinin  bu rəftarı ilə ümumilikdə həmkərlarına qarşı inamsızlıq yaratmalıdır?

P.S Qarşı tərəfin cavabını yayınlamağa hazırıq.

Müstəqil.Az

Share: